Baltikyanı ölkələrdə dəmir yolu şəbəkəsinin yenilənməsi ləngiyir

Estoniya, Latviya və Litva 1994-cü ildə SSRİ-dən miras qalan dəmir yolu sistemini yeniləmək və Avropa dəmir yolu şəbəkəsinə inteqrasiya etməyi qərara almışdı.
Avtosfer.az “Azərtac”a istinadla xəbər verir ki, bu sahədə müəyyən işlər görülsə də, layihənin icrası ciddi şəkildə ləngiyir.
2017-ci ildə ortaya atılan “Rail Baltica” layihəsinin 10 ilə tamamlanması nəzərdə tutulurdu. Layihənin ilkin dəyəri 5,7 milyard avro idi. 2023-cü ilin sonunda Vilnüslə Riqa arasında yeni qatarlar istismara verilib. 300 kilometr məsafəni 4 saata qət etmək mümkün olub. Lakin bu hələ son deyil.
Hər 3 ölkənin hesablama palatalarının bu günlərdə verdiyi məlumata görə Litvada işlər 2020-ci ildə başa çatmalı olsa da, layihənin icra müddəti 2026-cı ilədək uzadılıb. Latviyada isə layihə dəyişdirilərək ikixətli deyil, birxətli dəmir yolunun çəkilməsi belə, maliyyə problemlərini həll etməyib. Yarıbayarı azaldılmış layihənin icrası üçün əlavə 10 milyard avro tələb olunur.
Litvada işlərin icrası Fransanın “Eiffage” konsorsiumuna həvalə olunub. İşlər rəsmi olaraq may ayında təntənəli şəkildə başlasa da, reallıqda heç bir iş görülməyib.
Nəşr qeyd edir ki, 3 ölkənin dəmir yolunun 1520 millimetrlik sovet sistemindən 1435 millimetrlik Avropa sisteminə keçidi ləngiyir. Bu da sözügedən ölkələrin dəmir yolu şəbəkəsinin vahid Avropa şəbəkəsinə qoşulmasına mane olur.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












