“Bandotdel” ağacları kəsən dəstə üzvlərinə qarşı əməliyyatlar keçirdi - Video

Daxili İşlər Nazirliyinin əməkdaşları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssislərinin iştirakı ilə ölkə ərazisində meşə massivlərində ağacların qanunsuz olaraq kəsilməsi, yaşıllıq sahələrinin məhv edilməsi ilə məşğul olan mütəşəkkil dəstənin üzvlərinə qarşı daha bir əməliyyat həyata keçirib.
Avtosfer.az xəbər verir ki, Nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Qəbələ rayonu ərazisində yerləşən meşə sahələrində qiymətli ağac növlərinin qanunsuz olaraq kəsilməsi barədə əməliyyat məlumatları daxil olub. Həmin məlumatlar Baş İdarədə hərtərəfli araşdırılıb və nəzarətə götürülüb.
Həyata keçirilən təxirəsalınmaz əməliyyat tədbiri nəticəsində Qəbələ rayonun Bum və Həmzəli kəndlərinin ətrafında yerləşən meşə massivlərindən ümumilikdə 62 ədəd fıstıq cinsindən olan ağacın kəsildiyi müəyyən edilib. Aparılan araşdırmalar zamanı həmin ağacların Qəbələ rayon sakinləri Adil Cabbarov və Qasım Qasımovun başçılıq etdiyi dəstə tərəfindən kəsildiyi məlum olub. Baş İdarənin əməkdaşları tərəfindən həyata keçirilən əməliyat nəticəsində adları çəkilən şəxslər və onlara ağacların kəsilməsində yaxından köməklik edən dəstənin digər üzvlərinin saxlanılması təmin edilib. Adil Cabbarov və Qasım Qasımov, eləcə də qeyrilərinin qanunsuz əməlləri təkzibedilməz faktlarla sübuta yetirilib. Araşdırmalar zamanı məlum olub ki, saxlanılan şəxslər ağacları yaş halda kəsiblər və onlar həmin oduncaqların satışını təşkil etmək istəyiblər.
Qeyd olunan faktlarla Adil Cabbarov və Qasım Qasımov barəsində Baş İdarənin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Hazırda qeyd edilən faktların tam, hərtərəfli araşdırılması, eləcə də ağacların kəsilməsində əli olan dəstənin digər üzvlərinin saxlanılması istiqamətində zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?
Bu yolda təmir başlayır - Sürücülərin nəzərinə!
40 yaşlı sevgilisi tərəfindən öldürülən 24 yaşlı Fatimənin FOTOSU
Qeyri-neft sektorunun hansı sahələrinə yatırım edilməlidir? - İQTİSADÇI
Bakı limanında daşınan yük miqdarı çoxalması yollarda sıxlığa təsir edə bilər? - EKSPERT












