Banka satmağa verdiyi maşın yoxa çıxdı - VİDEO

Səidə Həsənova 2012-ci ildə bankların birindən 3 illik kreditlə avtomobil alıb. Avtomobilin ilkin ödənişi üçün 3000 manat, 24 ay ərzində isə ümumilikdə 18 min manat pul ödəyib. Daha sonra isə kreditin aylıq ödənişini edə bilmədiyindən avtomobili satmaq qərarına gəlib. Maşının dövlət nömrə nişanını itirdiyindən satışı bankın həyata keçirməsini istəyib və avtomobili banka təhvil verib. Bank faizlərin dondurulduğu haqqında müqaviləyə dəyişiklik edib və ən qısa zamanda avtomobilin satılacağına dair sənəd verib. Əldə edilən məbləğdən ümumi borc çıxıldıqdan sonra qalıq ona qaytarılmalı idi. 61 yaşlı Səidə Həsənova 2 ilə yaxındır nə avtomobilini, nə də pulunu bankdan ala bilib.
Mütəxəssislərə görə, bank Səidə Həsənovanın iştirakı ilə avtomobili başqa bir şəxsə satılmalı idi. Yaxud da məhkəmə qərarı ilə nəqliyyat vasitəsi ən yüksək məbləğdə hərraca çıxarılmalı, satış qiymətindən ümumi borc çıxdıqdan sonra qalan məbləğ şəxsə qaytarılmalı idi.
Bank mütəxəssisi Anar Ramazanov deyir ki, bu halda zərərçəkmiş məhkəməyə müraciət etməklə hətta təzminat da tələb edə bilər.
Azərbaycana gətirilən bu yağlarda təhlükəli maddə AŞKARLANDI
Bakının bir sıra küçələrində hərəkət MÜVƏQQƏTİ MƏHDUDLAŞDIRILACAQ
Samuxda qarayara xəstəliyi təsdiqləndi – Nazirlikdən AÇIQLAMA
Kəlbəcərdə mina partlayışı baş verib, xəsarət alan var
Prezident bu qanunu təsdiqlədi
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olundu
Həbsdə olan Elman Paşayevin 36 milyonluq maşını hərraca çıxarıldı - FOTO
Xocavənddə mina partlayışı zamanı xəsarət alanlar hospitalizasiya olunub - YENİLƏNİB
Nazir müşavirinə yeni VƏZİFƏ VERİLDİ
“David Selivestrov”un vəkili SENSASİON AÇIQLAMALAR VERDİ - Bayıldakı ofis fəaliyyətini dayandırdı - FOTO
Jalə Bədirovaya yüksək vəzifə VERİLDİ










