Bankla lizinq şirkəti arasındakı mübahisə vətəndaşı çətinə salıb - VİDEO

Sevda Babayeva 2014-cü ildə lizinqlə avtomobil alıb və 2016-cı ilin dekabrına qədər təyin olunan ödənişi qrafiklə ödəyərək başa çatdırıb. Hətta lizinq şirkəti ödənişi başa çatdırdığına görə ona yekun maliyyə arayışı da verib. Ancaq Sevda Babayeva bildirir ki, avtomobilini öz adına qeydiyyata aldırmaq üçün bankdan da arayış almalıdır. Ancaq bank bu sənədi verməkdən imtina edir. Buna səbəb kimi isə lizinq şirkətinin banka borcu olduğu göstərilir.
Avtomobilini öz adına keçirə bilməyən xanım sürücü həmin lizinq şirkətində belə hadisə ilə qarşılaşan ilk şəxs olmadığını deyir.
Hüquqşünas Anar Ramazanov bildirir ki, əgər şəxs müqaviləni yerinə yetirib və yekun olaraq bütün borcu ödədiyi üçün maliyyə arayışı əldə edibsə, bu sənəd avtomobili qeydiyyata almaq üçün əsas hüquqi qüvvəyə malikdir.
Ekspert bildirir ki, əgər lizinq şirkəti ilə müqavilədə yekun maliyyə arayışından əlavə başqa sənədin aidiyyatı orqana verilməsi nəzərdə tutulmayıbsa, dövlət qurumu həmin avtomobili sahibinin adına qeydiyyata almalıdır.
Anar Ramazanovun fikrincə, hüquqi olaraq aidiyyatı qurum belə bir sənədlə ona qeydiyyat üçün yaxınlaşan vətəndaşa rədd cavabı verə bilməz.
Hansı din xadimlərinin dövlət qulluğunda çalışmasına məhdudiyyət qoyulur? – DEPUTAT
Polad Həşimovun anasının son durumu AÇIQLANDI
Bakıda sürücülərin cərimələnməsinə səbəb olan yol xətlənməsi dəyişdirildi - VİDEO
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?












