Banklar xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub

"Visa" beynəlxalq kart təşkilatı ilə əldə olunmuş razılıq çərçivəsində Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub. Avtosfer.az xəbər verir ki, bu barədə "Report"a "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyindən bildirilib.
Məlumata görə, assosiasiya və "Visa"nın birgə təşəbbüsü çərçivəsində ikiqat vergitutmanı aradan qaldırmaq mexanizmi bankların və ödəniş xidməti təchizatçılarının vergi öhdəliklərinə müsbət təsir edib:
"Azadolma nəticəsində 2025-ci ilin IV rübündən bankların "Visa" ilə apardığı əməliyyatlar üzrə ödəmə mənbəyindən tutulan vergi yükü aradan qaldırılıb. Eyni zamanda "Visa" ilə həyata keçirilən qeyri-maliyyə xarakterli əməliyyatlar üzrə əlavə dəyər vergisi xərcləri azalıb. Bunun nəticəsində bank sektorunda növbəti dövrlər üzrə ümumilikdə bir neçə milyon manat vergi xərclərinə qənaət edilməsi təmin olunub".
ABA-nın məlumatına görə, sözügedən mexanizm ödəniş xidməti təchizatçıları üçün də vergi baxımından hüquqi aydınlığı artırır və riskləri azaldır:
"Belə ki, mexanizm çərçivəsində DTA-03 formasının əldə edilməsi xidmət göstərən tərəfin müvafiq ölkədə vergi rezidenti statusunu təsdiq edir və ikiqat vergitutmanın qarşısının alınması haqqında sazişlərin tətbiqi üçün hüquqi əsas yaradır. Bu isə ödənişlər üzrə mənbədə verginin düzgün dərəcə ilə tutulmasına və ya ümumiyyətlə tutulmamasına imkan verir".
Assosiasiya həmçinin bəyan edib ki, bu yanaşma əlavə vergi hesablamaları, sanksiya və cərimə risklərini əhəmiyyətli dərəcədə azaldır, eyni zamanda ödəniş xidməti təchizatçıları üçün vergi öhdəliklərinin daha şəffaf və proqnozlaşdırılan şəkildə icrasını təmin edir.
Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb?
Bakıda üç metro stansiyası ətrafında yeni yol tikilir
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Bakı-Xaçmaz yolunda ölüm təhlükəsi: Beton sədd qəza riski yaradır - VİDEO
Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq
Aeroporta gedən sürücülərin diqqətinə: Sürət həddi dəyişdirildi - VİDEO
Dövlət əleyhinə çağırışlar edən 7 nəfər beynəlxalq axtarışa verildi
DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə yaxaladı
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO












