Banner

Başçının adamı piyadanı vurub öldürdü - Qanını batırdı

Xəbərlər 5 Yanvar 2017 14:25 Oxunub 2368
Başçının adamı piyadanı vurub öldürdü - Qanını batırdı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Onlar hadisəni törətdikdən sonra maşını surətlə sürüb gediblər"

"Bir vətəndaş olaraq, bu müraciətimin Sizə təkrar-təkrar ünvanlamağıma səbəb, aşağıda qeyd olunan cinayət hadisəsəsindən 4 aya yaxın bir zaman keçməsinə baxmayaraq günahkarlarla bağlı aidiyyatı qurumların lazımı tədbir görməməsidir”. Bu sözləri prezidentə müraciətində yol qəzasında dünyasını dəyişmiş Tariyel Rzaquliyevin valideyni yazıb. Onun sözlərinə görə, 02.09.2016-cı il tarixdə saat 19:25 radələrinda oğlu Qala -Dübəndi yolundakı yol keçidi üzərindən keçərkən maşınla vurulub. Oğlumu keçidin üzərində vuran Pirallahı rayon İcra Hakimiyyəti əməkdaşı, YAP-ın rayon təşkilat sədri Manaf Manafovun xidməti istifadəsindəki 10 AS 649 dövlət nömrə nişanlı avtomobil olub. Bu gün də bizdə şübhə var ki, sükan arxasında da elə özü olub. Müraciət müəllifi qeyd edib ki, oğlunun ailəsi azyaşlı övladı ilə başsız qalıb: "Biz Tariyeli yaşatmaq üçün, ailə olaraq çox məşəqqətlərdən keçmiş, on il öncə İranda ona böyrək çatışmazlığından böyrək köçürtdürmüş (07.10.2006), həyatda qalması üçün on il İranın düzlərində bütün maddiyətimizdən və canımızdan belə keçmişik. Təbii ki, ailə olaraq bu bizim borcumuz idi. Lakin, bizi ən çox yandıran isə həyatda qalması üçün, özünün çəkdiyi onca acı və məhrumiyyətlərin boşa çıxması oldu. Bir nadanın müştəbehliyi və qudurğanlığı, onun həyatını əlindən almış oldu. O qudurğanlar ki, başda Manaf olmaqla onlar hadisəni törətdikdən sonra maşını saxlamayıb o surətlə də sürüb gediblər. Sonradan nə fikirləşiblərsə iki-üç yüz metr aralıda saxlayıb, geri dönüblər. Uşağa dərhal ilkin yardım etmək əvəzinə telefonla özlərinə kömək çağırıb, insanlığa xas olmayan alçaq bir hərəkətlə oradan uzaqlaşıblar”. 

Hadisəni görən N saylı hərbi hissənin zabitləri, hərbi hissənin sanitar maşını ilə uşağı götürüb, sonra da dediklərinə görə yarı yolda təcili yardım maşınına köçürüb, Mərdəkanda morq deyilən bir yerə çatdırıblar: "Bütün bu gedişatda, hadisəni törədənlərdən heç kim onlarla olmayıb. Ən dəhşətlisi isə həmin anda insanlıqdan və humanistlikdən uzaq birisi olan - Manafın maşında olanlarla qarşıma dikilib bir üzr, bir təsəlli belə diləməməsidir. Əksinə tülkü kimi kənardan gedişatı müşahidə etməsi, onun nə qədər qudurğan və mənəviyyatsız biri olmasını göstəri. İlkin istintaqın, Pirallahı rayon Polis Şöbəsinin Baş müstəntiqi Namiq Mirzəbəyli tərəfindən bir tərəfli qaydada aparılması səbəbindən Sizə və aidiyyatı orqanlara etdiyimiz çox saylı müraciətlərdən sonra, iş alınıb 14.10.2016-cı il tarixdə DİN Baş İstintaq və Təhqiqat İdarəsini Nəqliyyat şöbəsində icraata verilib. Təəssüf ki, işin həmin şöbədə olmasından 2 ay 13 gün keçməsinə baxmayaraq bu günə kimi əsl cinayətkarın üzə çıxarılması yönündə heç bir əməli addım atılmayıb. Maşında olub "təqsirli” bilinənlərdən heç bir haqqında həbs qəti imkan tədbiri də seçilməyib. Hadisədən 4 aya yaxın bir zaman keçməsinə baxmayaraq, Pirallahı rayon İcra Hakimiyyətinin Başçısı Vasif İmanov onun haqqında tədbir görməyib. Rayon sakinlərindən verilən məlumatlara görə işlədiyi yerlərdə (həmçinin də Nizami rayonunda) YAP adından maskalanaraq çox çirkin əməllərlə məşğul olub”. 

Şikayət məktubunda qeyd olunub ki, M.Manafova havadarlıq edən də icra başçıaı Vasif İmanovdur: "Təəssüf ki, Sizin bütün çıxışlarınızda zaman-zaman ifadə etdiyiniz "məmur və onların övladlarının özbaşınalıqları və qanuna zidd əməlləri ən ağır cəza ilə cəzalandırılmalıdır” fikri də, rayonun başçısı Vasif İmanov tərəfindən diqqətə alınmayıb. 06.09.2016-cı il tarixində Vasif İmanovun qəbulunda olduq. Görüşdə başçının müavinlərindən Vəzir müəllim, köməkçisi, yerli Polis və Prokurorluğun başçıları da iştirak edirdi.

Danışıq zamanı İcra başçısı hər vəhclə cinayəti törədənlərin müdafiəsi yönündə mülahizələr və məsələlər çəkməklə məşğul idi. 

Guya ailəyə maddi köməklik göstərilməsini (bütün insanlığı, yalnız maddiyyətdə görən mənaviyyatsızlar) özü də daxil omaqla hadisəni törədənlərə tövsiyyə edirmiş. 

Vasif İmanovun öz iş otağında qurduğu "məhkəmə”də maşında olmuş Niftəliyev Həsəni sorğularkən, onun qorxudan titrədiyini və danışıqlarında baş-ayaq vurduğunu görən Vasif İmanov hətta bizim yanımızda onu kobud şəkildə hədələdi də. Sizdən xahiş edirəm, yuxarıda qeyd olunanlardan dolayı Manaf Manafovun etdiyi qeyri-insani və qudurğan hərəkətlərinin nəzərə alınıb, cinayətkarın üzə çıxarılması barədə müvafiq göstəriş verəsiniz”.

 

Politika.Az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh