Başqalarından qanun tələb edib özü qanunu pozur - VİDEO

Avtosfer.az saytına oxucular tərəfindən daha bir maraqlı video göndərilib. Bakıda çəkilən videodan aydın olur ki, «Hyundai-Tucson» markalı, 90 – AU - 911 dövlət nömrə nişanlı Post-Patrul Xidməti avtomobili yol hərəkəti qaydalarını kobud şəkildə pozur. Belə ki, PPX avtomoibili üstünlük verən vasitələrdən - səs siqnalı və sayrışan işıqlardan istifadə etmədən svetoforun qırmızı işığından keçib bir neçə metr irəlidə, yolun ortasında dayanır. Dayanmış olsa belə, həmin nəqliyyat vasitəsi svetoforun qadağanedici işarəsinin tələbini pozmuş sayılır.
Yol hərəkəti qaydaları tələb edir ki, svetoforun qadağanedici işığı yandıqda nəqliyyat vasitəsi svetofordan irəlidə yox, əksinə, bir qədər geridə dayanmalıdır. Çünki ilk növbədə qırmızı işığın yaşıl işığa keçməsini görmək lazımdır. Bundan əlavə, svetoforun olduğu nöqtədən piyadalar da istifadə etdiyi üçün svetofordan bir qədər əvvəldə «Stop xətt» çəkilir ki, sürücülər həmin xətti keçməməlidirlər. Bizdə isə bəzi sürücülər xətti də keçir, piyada keçidinin üstündə də dayanır, bəziləri də bu videodakı kimi, gedib 10 metr irəlidə dayanır. Sanki hamı ilə eyni sırada dayanmaq pis işdir.
Elmin
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI












