Bayram Nurlunun dalınca aeroporta xidməti avtomobilini göndərən nazir müavini kimdir?

Məşhur "instagram" fenomeni, özünü ekstrasens kimi təqdim edən Bayram Nurlu ilə bağlı yeni sensasion faktlar ortaya çıxıb.
Avtosfer.az xəbər verir ki, bu yaxınlarda Bayram Nurlu xarici səfərdən Bakıya qayıdarkən Heydər Əliyev adına Beynəlxalq Aeroportun "VİP" xidmətlərindən istifadə edib. Bu zaman onun dalınca Azərbaycanın nüfuzlu nazirliklərindən birinə təhkim olunmuş AA seriyalı “BMW" markalı avtomobil göndərilib. Bayram Nurlu həmin avtomobilə əyləşərək, müvafiq ünvana gedib.
Araşdırmamız zamanı məlum olub ki, sözügedən avtomobil hazırda Azərbaycanda nazir müavini vəzifəsində çalışan tanınmış şəxslərdən birinin (adı redaksiyamıza məlumdur - red) xidməti istifadəsindədir.
Əldə etdiyimiz məlumata görə, Bayram Nurlunu hava limanında qarşılamaq üçün göndərilən xidməti avtomobil sözügedən nazir müavinin şəxsi tapşırığı ilə olub və bundan həmin Nazirlik sonradan məlumat alıb.
(demokrat.az)
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












