Bazarda arvadını öldürmək istəyənə hökm oxundu

Bu ilin yanvarında Nizami rayonunun Qara Qarayev prospektində yerləşən “8-ci kilometr” (“Vosmoy”) bazarında həyat yoldaşını qətlə yetirməyə cəhd etmiş şəxsin məhkəməsi yekunlaşıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə 36 yaşlı Pənah Şükürov Cinayət Məcəlləsinin 29.120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə təqsirləndirilib.
Bildirilib ki, hadisə qısqanclıq zəminində baş verib. Bazarda satıcı işləyən arvadı, 1991-ci il təvəllüdlü A.Şükürovanı qısqanan şəxs onun iş yerinə gələrək qadına hücum edib. O, bazarda insanların gözü qarşısında arvadının boğazını kəsərək öldürməyə cəhd edib. Bu zaman arxası üstə yerə yıxılan qadın aktiv müqavimət göstərib dizlərini boğazına sıxaraq ərinin onu öldürməsinə imkan verməyib. Qadın diz, bud, sağrı və əl nahiyələrindən bir neçə xəsarət alıb.
Hadisə zamanı bazarda olan şəxslər dəmirlə Pənaha zərbələr endirərək onu çətinliklə arvadından uzaqlaşdırıblar.
Məhkəmənin hökmü ilə P.Şükürova 11 il 3 ay həbs cəzası verilib. (qafqazinfo)
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO












