B.Dadaşova: "Məni təyyarədə belə təhqir ediblər, fikir verməmişəm"

"Sözlərimi Nisə Qasımovaya aid etmirəm. Amma bir çoxları səhnədə piar üçün məndən küsürlər. Sonra da reklam üçün barışırlar. Bu saxtakarlığı qəbul edə bilmirəm".
Avtosfer.az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova "10-da görüşək" proqramında qonaq olarkən deyib. Son günlər həmkarları Nisə Qasımova və Aygün Kazımova ilə barışdığı xəbərləri yayılan müğənni etiraz edib. O, ad çəkmədən barışıqların saxta olduğunu söyləyib:
"Əgər bir insanın efirdə olmayanda - təyyarədə, hansısa məclisdə masa arxasında dediyi sözləri, atmacaları, təhqirləri eşidirəmsə, cavab vermirəm. Nənəm hər zaman deyirdi ki, həyasızdan abrını qoru. Dəfələrlə olub, masa arxasında xoşagəlməz söz deyib, eşitmişəm. Cavab verməmişəm, bilmişəm ki, sözlərimdən 10 il reklam kimi istifadə edəcək. Məni təyyarədə belə təhqir ediblər. Fikir verməmişəm. Sonra gəlib göstəriş üçün milyonların qarşısında əl uzadır. Bu, saxtadır. Birini çox istəyirəmsə, istəyəcəm. Amma eləsi var yüzsifətlidir, ondan özümü uzaq tutmağa çalışıram. Həyatda da belələri var. Sənətdə isə belələri daha çox görsənir. Bizim sənətin də neqativ tərəfi budur.
Dostluq etdiklərimlə münasibətim heç vaxt bitmir. Yaxınım mənə nəsə desə, ondan küsmərəm. Hacı Nuran, Zülfiyyə Xanbabayeva evimə gəlir, mən də onlara gedirəm. Onları dost hesab edirəm. Televiziyada, qonaqlıqlarda gördüklərim dost deyil".
Qeyd edək ki, 8 Mart Beynəlxalq Qadınlar günündə Dadaşova A.Kazımovanın çıxış etdiyi restoranlardan birində ailəsi ilə dincəlməyə yollanıb. Aygün onların masasına yaxınlaşaraq Brilliant və oğlu cahadla görüşüb.
Bakıda sürücülərin cərimələnməsinə səbəb olan yol xətlənməsi dəyişdirildi - VİDEO
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO












