"Belə özbaşınalıqlar olmamalıdır" - EKSPERT TƏNQİD ETDİ

Məlumdur ki, son günlər insanlar taksi qıtlığından şikayətçidirlər. Bəs, buna səbəb nədir? Niyə taksi tapmaq bu qədər çətinləşib.
Avtosfer.az xəbər verir ki, sia mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddin Muradlının fikirlərini öyrənib.

Onun sözlərinə göeə, taksi fəaliyyətində belə problemlər artıq hiss olunmaqdadır: “Çünki əvvəlki dövrə nisbətən taksilərin sayı təkcə “Bolt”da yox, digər şirkətlərdə də azalıb. Bu azalma nəticəsində də sifarişlər gecikir və yaxud da bəzən sürücülər görürsünüz nağd ödəniş olmayanda sərnişinləri, yəni sifarişçiləri məcbur edirlər, ya zəng edib xahiş edirlər ki, imtina etsin ki uzaqdayam və s. Amma bu düzgün deyil. Bu məsələ hardasa nəzarət altında olmalıdır ki, tənzimlənsin. Belə özbaşınalıqlar olmamalıdır.
Çox təəssüf sürücülər bəzən başlayıblar belə şeylərdən istifadə ediblər. Vətəndaşlar dövlət qurumundan narazı qalır ki, “Niyə bunu tənzimləmirsiniz?”. Hər bir halda sifariş edilirsə ya nağd olsun, ya bank kartı ilə olsun sürücü bu xidməti, sifarişi yerinə yetirməlidir. Amma bizdə yanaşma biraz fərqlidir. Sürücülər müxtəlif bəhanələr gətirməklə nağd ödənişin onlara sərf etmədiyini deyirlər və sifarişdən imtina olunması üçün az qalırlar sərnişinə yalvarsınlar ki, bundan imtina et.
Bunlar biraz problem yaradan situasiyalardır, olmamalıdır, olmaması üçün də nəzarətə ehtiyac var. Hələlik indi dövlət qurumları gözləyir ki, bu sahədə islahatlar tam başa çatsın, taksi parkı yenilənsin. Baxaq görək nə qədər yeni avtomobil bazara daxil olub və s. Sürücülər də belə güman edirlər ki, vəssalam nəzarət yoxdur istədiklərini edə bilərlər. Bu belə deyil. Nəzarət olacaq və bu proses başlayacaq. Ona görə bu qaydalara öyrənsinlər”.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












