Belə sürücülərin əhatəsində yaşayırıq – Təəssüf - VİDEO

İzlədiyiniz bu görüntüləri Avtosfer.az-a oxucular göndərib. Birinci kobud qayda pozuntuları köhnə Karl Marks heykəlinin yaxınlığında qeydə alınıb. Oxucu yazır ki, videoda gördüynüz 10-TG-775 dövlət nömrə nişanlı avtobus kobud və qəza şəraiti ilə müşahidə olunan qayda pozuntusu törədir: «Belə sürücülərin sayı çoxdur. Bu səviyyəsizi yola buraxan sahibkar hara baxır? Nə vaxtsa bu sürücülərin belə əməllərinə son qoyacaqmı? Bu sürücüləri kim himayə edir? Hansısa harınlamış sürücünün səhvinə görə mən və mənim kimi insanlar həyatını itirməlidir?».
Digər qayda pozuntusu da eyni məzmunludur. 90-GD-218 dövlət nömrə nişanlı, «Hyundai Sonata» markalı avtomobilin sürücüsü yaxınlaşmaqda olan nəqliyyat vasitəsinin yoluna çıxaraq qəza şəraiti yaradır. Ona elə gəlir ki, yaxınlaşan maşın ucuz maşındırsa dayanıb «Sonata»ya yol verməlidir. Özü də videoya diqqətlə baxsınız görərsiniz ki, «Sonata»nın sürücüsü bir yox, iki avtomobilə qəza şəraiti yaradır. Sanki yol boşdur və o da rahat manevr edə bilər…
Çox təəssüf ki, hələ də belə intizamsız sürücülərin əhatəsində yaşayırıq…
Emin
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI












