Beləsinə sürücü demək olarmı; qəza şəraiti - VİDEO

Bu görüntülər bir neçə il öncə Bakıda çəkilsə də, günümüzün reallığını əks etdirir. Elə buna görə də Avtosfer.az saytı həmin videonu təqdim etmək qərarına gəlib ki, bəzi sürücülər baxıb nəticə çıxarsın. Çünki onların «qəhrəmanlıq» hesab etdiyi bu cür əməllər həm təhlükəlidir, həm də kənardan çox eybəcər görünür.
Bəzi sürücülər var ki, elə bu kadrlarda izlədiyiniz kimi hərəkətlər edir, başqalarının yoluna çıxır və ona irad tutanlara da qabaqdangəlmişlik edirlər. Elə bu sürücü də onlardan biridir. Sükan arxasında telefonla danışa-danışa idarə etdiyi «KİA» markalı avtomobillə birbaşa yolun hərəkət hissəsinə çıxır. Hansı ki, orada başqa avtomobillər hərəkət edir və bu «sürücü» də onlara qəza şəraiti yaradır. Lakin yoluna çıxdığı avtomobilin sürücüsü siqnal verib ona irad bildirdikdə əlini pəncərədən çıxarıb utanmadan cavab da qaytarır. Sizcə, belələrinə sürücü demək olarmı?
Hansı din xadimlərinin dövlət qulluğunda çalışmasına məhdudiyyət qoyulur? – DEPUTAT
Polad Həşimovun anasının son durumu AÇIQLANDI
Bakıda sürücülərin cərimələnməsinə səbəb olan yol xətlənməsi dəyişdirildi - VİDEO
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?












