“Bəniz”lə bağlı SON DƏQİQƏ: Azadlığa çıxır?[ /b]

Xəbərlər 20 Avqust 2026 23:59
“Bəniz”lə bağlı SON DƏQİQƏ: Azadlığa çıxır?[ /b]
WhatsApp kanalımıza abunə olun

"Beniz" ləqəbli tiktoker Aybəniz Xəlilova apellyasiya şikayəti verib.

Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.Az-a tiktokerin vəkili Salman Qasımlı məlumat verib.

Vəkil birinci instansiya məhkəməsinin qərarı razılaşmadıqlarını və müvəkkilinin günahsız olduğunu bildirib.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Aybəniz Xəlilova 10 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Dövlət ittihamçısı isə məhkəməyə tiktokerin 11 il müddətinə azadlıqdan məhrum olunmasını təklif etmişdi.

Qeyd edək ki, tiktokerə qarşı Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə-qorxu ilə tələb etmə, külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) və 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb.

Şikayətçi ərizəsində göstərib ki, Aybəniz Xəlilova ondan hissə-hissə olmaqla 836 min manat pul tələb edib.

Qeyd edək ki, şikayətçi ilə tiktoker uzun müddət sevgi münasibətində olublar.

Məhkəmə istintaqı dövründə isə zərərçəkmiş tiktokerdən şikayətçi olmadığını bildirib.

Oxunub : 84
ŞƏRH YAZ
Ad

E-mail

Şərh