Bərdə-Ağdam dəmir yolu xəttində görülən işlər açıqlanıb

Bərdə-Ağdam dəmir yolu xəttində tikinti işlərinin 44 %-i yerinə yetirilib. Layihənin 2023-cü ildə yekunlaşdırılması nəzərdə tutulur.
Avtosfer.az xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat katibliyi şöbəsinin rəisi Natavan Bayramova Ağdama təşkil edilmiş media-turda jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Bərdə-Ağdam dəmir yolu xəttinin ox üzrə uzunluğu 47,1 km-dir.
Layihə çərçivəsində Bərdə, Köçərli, Təzəkənd və Ağdam stansiyalarının, 3 ədəd körpü, 1 ədəd yolötürücü, 23 ədəd avtomobil yolu ilə eyni səviyyədə kəsişmənin, 47,1 km rabitə və işarəvermə sisteminin və 127-yə yaxın süni mühəndis qurğusunun tikintisi planlaşdırılır.
Onun sözlərinə görə, süni mühəndis qurğusuna 3 ədəd körpü, 1 ədəd yolötürücü, 2 ədəd heyvan keçidi, 88 ədəd suötürücü boru və 33 ədəd ehtiyat keçidi daxildir: "Dəmir yolu xəttinin tikintisi minatəmizləmə prosesinə paralel aparılır və indiyədək 13 km ərazi minalardan təmizlənib, 5 km ərazi üçün ANAMA tərəfindən sertifikat təqdim edilib.
Nəzərinizə çatdıraq ki, tikinti-quraşdırma işləri iki mərhələdə həyata keçirilir.
I mərhələ Bərdə, Köçərli və Təzəkənd stansiyaları daxil olmaqla, 20,78 km-lik ərazini əhatə edir. Burada torpaq işləri, suni qurğular və dəmir yolunun üst quruluşu elementləri 100 % həcmində tamamlanıb. Bu mərhələdə işlərin ümumi icra vəziyyəti 79 % təşkil edir.
II mərhələ Təzəkənd və Ağdam stansiyalarını əhatə edən 26,32 km-lik ərazidə həyat keçirilir. Burada torpaq işləri 18 %, suni qurğular 12 %, dəmir yolunun üst quruluşu elementləri isə 9 % həcmində yerinə yetirilib. Bu mərhələnin ümumi icra vəziyyəti 8 %-dir.
Ərazidə rabitə və işarəvermə sisteminin tikinti-quraşdırma işlərinə başlanılıb.
Qeyd edək ki, Bərdə-Ağdam dəmir yolu xəttinin layihələndirilməsi və tikintisi işlərinə Prezident İlham Əliyevin 2020-ci il 24 noyabr tarixli Sərəncamına əsasən start verilib.
Bu yolda sürət həddi endirildi - FOTO
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ
Süni intellektlə yeni dələduzluq üsulları: DTX vətəndaşlara müraciət etdi - VİDEO
İlham Əliyev Bakı Metropoliteni ilə bağlı Fərman İMZALADI
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi
Beş milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri tutuldu - VİDEO
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA












