Bərdə sakinlərindən “patı” və heroin götürülüb - FOTO

Bərdə Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirimiş tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər müəyyən edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Bərdə RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Emin Əliyev saxlanılıb.
Ondan satış məqsədi ilə əldə etdiyi külli miqdarda “patı” adlanan psixotrop maddə metamfetamin və heroin aşkar edilərək götürülüb.
Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş növbəti tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən daha bir rayon sakini Qalib Abbaszadə saxlanılıb.
Onun üzərinə baxış keçirilən zaman psixotrop maddə metamfetamin aşkar edilərək götürülüb.
Faktlarla bağlı Bərdə RPŞ-də araşdırmalar davam etdirlir.
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?
Bu yolda təmir başlayır - Sürücülərin nəzərinə!
40 yaşlı sevgilisi tərəfindən öldürülən 24 yaşlı Fatimənin FOTOSU
Qeyri-neft sektorunun hansı sahələrinə yatırım edilməlidir? - İQTİSADÇI
Bakı limanında daşınan yük miqdarı çoxalması yollarda sıxlığa təsir edə bilər? - EKSPERT
“Sabah hansısa əsgərimiz Azərbaycana keçsə, kimi təhvil verəcəyik?” - Paşinyan














