Bərdədə ana 7 yaşlı oğlunun əllərini yandırdı - FOTO - VİDEO

Bərdədə 7 yaşlı uşaq anası və anasının qeyri-rəsmi yaşadığı şəxs tərəfindən zorakılığa məruz qalıb.
“Qafqazinfo” xəbər verir ki, Bərdə rayon sakini Ö.N. yanıq xəsarətləri ilə Bərdə Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Azyaşlının sözlərinə görə, anası Həsənova Raya İlham qızı oğurluq üstündə onun qollarına qızdırılmış qaşıq basıb. Azyaşlı bildirib ki, Mehralıyev Mahmud adlı şəxslə birlikdə anasıbundan əvvəl də dəfələrlə onu döyüb.
Həsənova Rayanın xalası Fərəcova Sevinc Firudin qızı hadisənin baş vermə səbəbini belə açıqlayıb:
“Bacım qızı Raya uşaq marketdən çöplü şirə oğurladığına görə evə gələndə döyüb. Döydükdən sonra qeyri-rəsmi yaşadığı Mahmuda zəng edib, olanları danışıb. Mahmud da ona uşağın əlini yandırmasını deyib. O da uşağın əlini yandırıb və döyüblər. Döyülmə bir neçə dəfə olub. Uşağın bədənində bir neçə köhnədən qalma izlər var. Polis də bunu gördü”.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına xəbər verilib. R.Həsənova polis şöbəsinə aparılıb.
Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA















