Bərdədə canavar sürüsü kəndə hücum çəkdi - VİDEO

Bərdədə canavar sürüsü kəndə girərək təsərrüfata hücum çəkib.
Trend-in məlumatına görə, nəticədə 30-dan çox xırdabuynuzlu heyvan tələf olub. Hadisə Bərdə rayonunun Saatlı kəndində, Xəyyam Məmmədova məxsus təsərrüfatda baş verib.
Tövləyə girən canavarlar 30 baş heyvanı parçalayıb, 8 baş qoyunu isə yaralayıb. Vəhşi heyvanlar qoyunçuluq təsərrüfatına gecə saatlarında hücum edib.
Yerli sakinlər deyir ki, son 10 il ərzində canavarların sürü şəklində kəndə hücum etməsi faktına rast gəlinməyib.
Rayon Baytarlıq idarəsi və Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təsərrüfata baxış keçirilib.
Tələf olmuş heyvanlar baytarlıq xidmətinin əməkdaşları tərəfindən dərmanlanaraq basdırılıb.
Təsərrüfatda quduzluğa qarşı vaksinasiya tədbirləri aparılıb.
Qeyd edək ki, baş verən hadisə zamanı təsərrüfat sahibinə 10 min manata yaxın ziyan deyib.
Manat-dollar məzənnəsi dəyişəcək? - 2027-ci il üçün PROQNOZ AÇIQLANDI
Sərnişin sıxlığını azaltmaq üçün hansı addımlar atılacaq? - AÇIQLAMA
Bakı və Sumqayıt arasındakı qatar reyslərinin sayı növbəti dəfə ARTIRILIR
Bu şəxslər üçün GEDİŞ HAQQI daha az olacaq
Sərnişinlərin nəzərinə: Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirildi - FOTO
İşdən çıxarılan icra başçısı məşhur şəxsin QARDAŞIDIR
15 sentyabr: Paytaxtın hazırda hansı küçələrində sıxlıq var? - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı-Kuryk bərə xətti ilə səyahət Azərbaycana nə qazandıracaq? - DEPUTAT
Paytaxtın bu küçələrində təmir işləri YEKUNLAŞIB
DTX-nin saxladığı tiktoker "Çevik"i hansı cəza gözləyir?
Ramiz Mehdiyevin cinayət işi məhkəməyə göndərilib: Digər müttəhim kimdir?











