Bərdədə koronavirus xəstələri saxlanılıb

Bərdə Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən nəzarət-profilaktik tədbirlər zamanı ictimai yerlərdə aktiv koronavirus xəstələri aşkar olunublar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, F.Abbasovanın və H.Neciyevin koronavirus testlərinin nəticələri pozitiv olduğu üçün onlara ev şəraitində müalicə təyin edilsə də, həmin şəxslər karantin rejiminin qaydalarını pozaraq yaşadıqları ünvanları tərk ediblər.
Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə onların hər ikisi rayon ərazisində saxlanılıb və tibbi prosedurlar gözlənilməklə yaşadıqları ünvanlara qaytarılıblar.
Bərdə RPŞ-də araşdırmalar aparılır.
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı












