Bəxtiyar Məmmədov: “Bakı metrosu qarlı-şaxtalı hava şəraitinə hazırdır”

“Bakı metropoliteni” QSC-nin bütün infrastrukturu, o cümlədən stansiyaları və elektrik deposu qış mövsümünə hazırdır.
Bunu açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.
"Qış mövsümünə hazırlıq yaydan başlanıb. Açıq hava şəraitində olan stansiya girişləri, ən vacibi, qatarların xəttə verildiyi elektrik deposu ərazisində qatarları bir yoldan digərinə keçirən yoldəyişdirici qurğular üçün qar yağıntısı və şaxtanın fəsadları ağır ola bilər. Bu səbəbdən sərnişinlərin stansiyalara gediş-gəliş yollarının yağıntı və buzdan, depolar ərazisində yol qovşaqlarının qardan təmizlənməsi vacibdir. Depo və park yollarının izolə qovşaqlarına davamlı baxış keçirilir, çəpərləmə ləvazimatlarının, alət və avadanlıqların saz vəziyyətdə olması müntəzəm yoxlanılır. Ümumən, artıq qış mövsümünün planı qarın yağması barədə məlumatlardan asılı olmayaraq, profilaktik tədbirlərə uyğun müntəzəm yerinə yetirilir. Qış tədarükü planına müvafiq, stansiyalarda giriş və keçid pilləkənlərindən qarın təmizlənməsi üçün hazırlıq yekunlaşdırılıb", - deyə o qeyd edib.
"Birinci məsələ kimi, açıq havada keçid və giriş sahələrinin təmizlənməsinə operativ cəlb olunacaq işçi personalı müəyyən edilib. Onların hazırlığı, həmçinin iş planı ilə bağlı vəzifələr müəyyənləşdirilib. İşçi heyətə əlverişsiz hava şəraitində görüləcək işlərlə bağlı təlimatlar keçirilib. İkinci məsələ kimi, alət və avadanlıqla, geyim dəstləri və fərdi mühafizə vasitələri ilə təchizat həll edilib. Pilləkənlərin və açıq hava səthlərinin buzlaşmasına qarşı hər stansiyanın duz ehtiyat fondu yaradılıb. Üçüncü məsələ kimi, stansiyaların məsul işçi heyətinə qarlı-şaxtalı hava şəraitində nəzarət mexanizmləri və operativ qərarlar üçün tapşırıqlar verilib, dəvət ediləcək əlavə işçi qüvvəsi ilə bağlı göstərişlər müəyyənləşdirilib. Qeyd edilənlər qarlı-şaxtalı günlərdə metropolitenin, həmişəki kimi, normal iş rejimi şəraitində fəaliyyət göstərəcəyinə əsas verir”, - deyə metro rəsmisi əlavə edib.
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi












