Beyruta uçuşlar avqustun 8-nə qədər ləğv edildi

“Air France” aviaşirkəti və onun törəmə strukturu olan “Transavia France” Yaxın Şərqdə gərginliklə əlaqədar Paris və Beyrut arasında uçuşları ən azı avqustun 8-nə qədər ləğv edib. “Report” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə aviaşirkətin məlumatında bildirilir.
Qeyd olunub ki, Livan paytaxtına uçuşların bərpası bölgədəki vəziyyətin qiymətləndirilməsindən asılı olacaq.
İtaliyanın “ITA Airways” şirkəti isə Yaxın Şərqdəki vəziyyətlə əlaqədar, habelə sərnişinlərin və heyətin təhlükəsizliyini təmin etmək məqsədilə Təl-Əvivə və əks istiqamətdə uçuşları avqustun 8-nə qədər ləğv edib.
Xatırladaq ki, ötən həftə HƏMAS Siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda və “Hizbullah” lideri Həsən Nəsrullahın baş müşaviri Fuad Şükrün Beyrutda öldürülməsindən sonra Yaxın Şərqdə vəziyyət gərginləşib. İran və “Hizbullah” onların qisasını almağa söz verib. Bundan sonra aviaşirkətlər bölgəyə uçuşları dayandırmağa başlayıb.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












