Bəzi ərazilərdə velosiped zolaqları ləğv edilsin - TƏKLİF

"Yolların işarələnməsi, velosiped və skuter zolaqları ilə bağlı yolların daraldılmasına şahidlik edirik. Bu lazımdırmı? Bəli, lazımdır. Amma harada zəruridirsə, hesab edirəm ki, orada bu xətləmələri aparsaq daha yaxşı olar". Avtosfer.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında deputat Hikmət Məmmədov deyib.
O bildirib ki, paytaxtın Parlament prospektindən Milli Məclis istiqamətinə gələn yolda hərəkət zolaqları daraldılıb, skuter və velosiped sürənlər üçün xüsusi xətlər ayrılıb:
“Bunlar çox yaxşıdır, etiraz etmirəm. Gəlin bir ölçmə aparaq. Müşahidə kamerası quraşdıraq və görək orada neçə nəfər skuterdən istifadə edir. Əgər buna zərurət varsa, bunu edək. Üç gün ərzində həmin yoldan cəmi bir velosipedçi istifadə edirsə, yolun daraldılmasının nə mənası var? Bu məsələyə hesabatlı yanaşaq. Zəruridirsə, qalsın, zəruri deyilsə, qalmasın".
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












