Bəzi ödəmə terminallarında "Bakıkarta" balans yükləmək olmur - VİDEO

Bakıkarta gedişhaqqı yükləmək üçün ödəmə terminalı var, amma yalnız kağız əskinas qəbul edir.
Son vaxtlar bəzi avtobus dayanacaqlarında ödəmə terminallarının qəpik qəbul edən hissəsi yapışkan lentlə sarınıb.
Sakinlərin sözlərinə görə, əvvəllər terminallarda tez-tez qəpik problemi yaranırdı. Aparat ya qəpiyi qəbul etmirdi, ya da qəpiklə ödəniş etdikdə hesaba yüklənmirdi. Son bir neçə aydır terminala ümumiyyətlə qəpiklə ödəniş etmək mümkün deyil.
Məsələn, Binəqədi rayonu Mircəlal küçəsi boyunca bütün terminallar, həmçinin Şamaxinka kimi tanınan ərazidə yerləşən dayanacaqda da olan ödəniş məntəqələrinin demək olar ki, hamısı bu cür lentlə sarınıb. Bu isə bu ərazidə yaşayan sakinlərə ödəniş etməkdə çətinlik yaradır.
Məsələ ilə bağlı terminalları quraşdıran Milli ön şirkətindən bildirdilər ki, problemdən xəbərdardırlar. Sadəcə həmin aparatın ehtiyat hissələri xaricdən gətirildiyindən təmiri bir müddətdir yubanır. Yaxın günlərdə isə terminallara hər iki əskinaslarla ödəniş mümkün olacaq.
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ












