Bəzi poliklinikalarda qızılca əleyhinə peyvənd tapılmır: Özəl klinikalarda QİYMƏTLƏR

Bəzi dövlət tibb müəssisələrində qızılcaya qarşı peyvənd tapılmır. Məlumata görə, artıq 2-3 aydan çoxdur ki, ölkədəki əksər dövlət xəstəxanalarına qızılcaya qarşı peyvənd gətirilmir. Özəl müəssisələrdə isə vaksinlər ödənişli əsaslarla edilir. Bunun isə qiyməti olduqca bahadır.
Avtosfer.az xəbər verir ki, bununla bağlı Unikal-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, növbəti dövr üçün peyvənd ehtiyatları artıq ölkə ərazisindədir:
"Rəsmiləşdirilmə prosesi ən qısa zamanda yekunlaşacaq və peyvəndlər tibb müəssisələrinə paylanacaq. Hər hansı peyvənd çatışmazlığı olan tibb müəssisələrinin təcili olaraq anbar ehtiyatlarından təmin olunması ilə bağlı göstəriş verilib".
Bəzi özəl klinikalarda qızılcaya qarşı peyvəndlərin qiyməti isə aşağıdakı kimidir:
"Leyla Medical Center" - 180 manat;
"Medera Hospital" - 200 manat;
"Modern Hospital" - 200 manat (avqustun 29-dan sonra olacaq);
"Liv Bona Dea Hospital Baku" - 200 manat;
"Baku Medical Plaza" - 200 manat.
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?












