Biləcəri dairəsindəki avtobus zolağı sürücüləri çaş-baş salıb: Bilmədən CƏRİMƏ OLUNURLAR - VİDEO

Biləcəri dairəsindən Bakı Beynəlxalq Avtovağzal Kompleksinə qalxan yolda çəkilən avtobus zolağı sürücülərin ciddi narazılığına səbəb olub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan videogörüntülərdə sürücülər bu zolağın onların görünüş dairəsində olmadığını və kəsişən küçədən zolağa girən avtomobillərin cərimələnməli olduğunu bildirirlər.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanladıq.
Qurumun Mətbuat Xidmətindən cavab olaraq bildirilib ki, Biləcəri dairəsindən Bakı Beynəlxalq Avtovağzal Kompleksi və əks istiqamətdə avtobus zolaqları bir neçə il əvvəl təşkil olunub.
"Sürücülərin məlumatlandırılması üçün avtobus zolağının başlanğıcında 5.9 "Marşrut nəqliyyat vasitələri üçün zolaq" və 7.5.4 qüvvədə olma vaxtı yol nişanları quraşdırılıb", - deyə açıqlamada bildirilib.
Qeyd edək ki, Bakı şəhərində yeni avtobus zolaqları şəbəkəsinin tətbiqi çərçivəsində AYNA tərəfindən 26 küçə və prospektdə uzunluğu 77 km-dən çox olan xüsusi hərəkət zolağı təşkil edilib.
Avtobus zolaqlarının davamlılığının təmin edilməsi, həmçinin yaşayış məntəqələri və mühüm nəqliyyat dəhlizlərini əhatə edən zəncirvari şəbəkənin qurulması məqsədilə bu işlər digər küçə və prospektlərdə də həyata keçiriləcək. Növbəti mərhələdə 106 kilometrlik avtobus zolağı şəbəkəsinin təşkil edilməsi də nəzərdə tutulub.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












