Biləcəri yuyucu-buxarlayıcı stansiyasına mediatur təşkil olunub - VİDEO

Bu gün Ümumdünya Əməyin Mühafizəsi günüdür. Əməyin mühafizəsi dedikdə, işçilərin həyat və sağlamlığının qorunması, təhlükəsiz əmək şəraitinin yaradılması başa düşülür.
"Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri yuyucu-buxarlayıcı stansiyasında da əl əməyini minimuma endirmək üçün vaqonların yuyulması texnologiyasında yeniliklər edilib. Burada əvvəlcə vaqonların üst hissəsinə xüsusi qurğular bərkidilir, daha sonra par, bir neçə dəqiqədən sonra isə su vurulur. Gün boyu platformaya daxil olan çən-vaqonlar bu şəkildə yuyularaq yenidən istifadəyə verilir. "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Natəvan Bayramovanın sözlərinə görə, Biləcəri yuyucu-buxarlayıcı stansiyası Qafqazda uzun illərdir fəaliyyət göstərən yeganə stansiyadır. Amma 2005-ci ildə stansiyda yenidənqurma işləri aparılıb. Sözügedən stansiyada əvvələr əl əməyindən istifadə edildiyindən neft çəninin yuyulmasına xeyli sayda canlı qüvvə cəlb edilirdi və bu posesə saatlarla vaxt lazım olurdu. Hazırda çənlərin təmizlənməsi avtomatik rejimdə həyata keçirildiyindən bu prosesə 1-2 saat vaxt sərf olunur. Stansiyanın baş mühəndisi İlham Abdullayev isə deyib ki, stansiyada açıq vaqonlar üç, qapalı vaqonlar isə beş yükdaşımadan sonra mütləq yuyulur.
Bu yolda sürət həddi endirildi - FOTO
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ
Süni intellektlə yeni dələduzluq üsulları: DTX vətəndaşlara müraciət etdi - VİDEO
İlham Əliyev Bakı Metropoliteni ilə bağlı Fərman İMZALADI
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi
Beş milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri tutuldu - VİDEO
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA












