Bilet saxta çıxdı, yolundan qaldı - Şirkət isə zərəri ödəmək istəmir - VİDEO

Həm pulundan oldu , həm də vaxtından...Vətəndaşın aldığı aviabilet hava limanında saxta çıxıb. Fikrət Osmanov bileti ötən ayın 7-də metronun 28 may stansiyasının yaxınlığında yerləşən ''Nur'' travel şirkətindən alıb. Ancaq hava limanında ona biletin elektron nömrəsinin olmadığı və saxta olduğu deyilib. Bundan sonra Fikrət Osmanov bileti aldığı şirkətə müraciət edərək pulunu tələb edib.
Problemi araşdırmaq üçün elə Fikrət Osmanovla birlikdə adı çəkilən şirkətə getdik. Şirkətin rəhbəri Məhəmməd Sadıqov bildirdi ki, şirkətin Şəbnəm Fərəcova adlı işçisi bu vətəndaşla yanaşı bir neçə müştəriyə də saxta bilet satıb.Bütün işləri elektron qaydada həyata keçirib. Bundan xəbər tutandan sonra artıq gec olub. Çünki həmin işçi ilə əlaqə saxlamaq mümkün olmayıb.
Şirkət rəhəbəri, Şəbnəm Fərəcova ilə 3 ildən artıq işlədiyini və belə bir problemin indiyənədək yaşanmadığını deyir. O, saxta biletin necə satdığından isə xəbərsiz olduğunu bildirdi. Bununla belə, şirkət rəhbəri müştərilərə dəyən zərəri ödəyə bilməyəcəklərini deyib.
Hüquqşünaslar isə bildirir ki, əgər şirkətin işçisi işə götürənlə əmək müqaviləsi bağlayıbsa, vətəndaşlara dəymiş ziyan şirkət, yəni işə götürən tərəfindən ödənməlidir. Çünki işçi şirkəti təmsil edir və biletlərə vurulan möhür də məhz şirkətə aiddir. Əgər şirkət dəymiş ziyanı ödəməkdən boyun qaçırırsa, o zaman vətəndaş məhəkməyə müraciət edib dəymiş ziyanı tələb edə bilər. O ki qaldı işçiinin şirkətə vurduğu zərərə, bunun üçün hüquq mühafizə orqanlarının araşdırmasının başa çatmasını gözləmək lazımdır.
Azərbaycana gətirilən bu yağlarda təhlükəli maddə AŞKARLANDI
Bakının bir sıra küçələrində hərəkət MÜVƏQQƏTİ MƏHDUDLAŞDIRILACAQ
Samuxda qarayara xəstəliyi təsdiqləndi – Nazirlikdən AÇIQLAMA
Kəlbəcərdə mina partlayışı baş verib, xəsarət alan var
Prezident bu qanunu təsdiqlədi
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olundu
Həbsdə olan Elman Paşayevin 36 milyonluq maşını hərraca çıxarıldı - FOTO
Xocavənddə mina partlayışı zamanı xəsarət alanlar hospitalizasiya olunub - YENİLƏNİB
Nazir müşavirinə yeni VƏZİFƏ VERİLDİ
“David Selivestrov”un vəkili SENSASİON AÇIQLAMALAR VERDİ - Bayıldakı ofis fəaliyyətini dayandırdı - FOTO
Jalə Bədirovaya yüksək vəzifə VERİLDİ










