Binəqədinin su təchizatı yaxşılaşdırılır - FOTO

“Azərsu” ASC Bakı və ətraf qəsəbələrdə əhalinin içməli su təchizatının yaxşılaşdırılması tədbirlərini davam etdirir.
Avtosfer.az xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, Cəmiyyətin Tədbirlər Planına uyğun olaraq Binəqədi rayonunun Binəqədi qəsəbəsi A.Bakıxanov, G.Ramazanov, Q.Qarayev, S.Ə.Şirvani, A.İsfahani və H.Zərdabi küçələrində mövcud su xətlərinin əlaqələndirilməsi və dairəvi sistemin yaradılması təmin edilib.
Layihə çərçivəsində 3 ədəd yeni siyirtmə quraşdırılıb, 110 mm diametrli polietilen borularla yeni əlaqələndirici su xətləri çəkilib. Görülmüş işlər nəticəsində indiyə qədər fasilələrlə su alan 300-dən çox abunəçinin içməli su təchuzatı 24 saatlıq fasiləsiz rejimə keçirilib.
“Azərsu”yun daxili imkanları hesabına Binəqədi qəsəbəsində icra olunan daha bir layihə də yekunlaşıb. Binəqədi qəsəbəsi 2-ci Mədən 87-ci korpus ərazisində müxtəlif diametrli polietilen borularla 2 km uzunluğunda yeni içməli su şəbəkəsi inşa edilib. Layihənin əhatə etdiyi ərazidə 200-dən artıq fərdi evə və obyektə çıxışlar verilib və sayğaclar quraşdırılıb. Bununla da Binəqədi qəsəbəsi 2-ci Mədən 87-ci korpus ərazisində 1000-ə yaxın sakinin içməli su təchizatı əsaslı şəkildə yaxşılaşıb.
Eyni zamanda Binəqədi qəsəbəsi 1-ci mədən, 15-ci korpus adlanan ərazisində əhalinin dayanıqlı və keyfiyyətli içməli su ilə təmin edilməsi, dəqiq uçotun qurulması, su itkilərinin qarşısının alınması məqsədilə yeni layihənin icrasına başlanıb. Bu layihə çərçivəsində müxtəlif diametrli borularla yeni paylayıcı şəbəkə yaradılacaq, 150-dək ünvana birləşmə verilərək sayğaclar quraşdırılacaq.
Xatırladaq ki, layihələrin icrasından əvvəl bu ərazilərdə mərkəzləşdirilmiş içməli su şəbəkəsi mövcud olmayıb. İçməli su təchizatı əhali tərəfindən fərdi qaydada yaradılmış və tikinti normalarına cavab verməyən şəbəkə hesabına aparılıb. Uzun illərdir istismar olunaraq yararsız vəziyyətə düşmüş su xətlərində tez-tez baş verən qəzalar sistemdə sabit hidravliki rejimlərin pozulmasına, ciddi su itkilərinə səbəb olur, eləcə də suyun keyfiyyəti üçün müəyyən risklər yaradırdı. Xüsusilə yay aylarında belə şəbəkə vasitəsilə istehlakçıların normal içməli su təchizatını aparmaq mümkün olmurdu.


Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












