Banner

Bir gündə 45 nəfər saxlanılıb - DİN

Xəbərlər 8 Avqust 2024 11:00 Oxunub 518
Bir gündə 45 nəfər saxlanılıb - DİN
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Avqustun 7-də ölkə ərazisində qeydə alınan 47, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

DİN-in mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 97, o cümlədən borclu şəxs qismində axtarışda olan 74 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 26, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 17 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh