Bir manat kredit borcu 154 manat olub - Bank problem yaradıb - VİDEO

Bakı sakininin başına maraqlı hadisə gəlib. Tikdiyi evin damını qurmaq üçün bankdan kredit götürməyə gedən Səlvər Hacıyevin vəziyyətinə elə bank işçiləri də gülüblər. Məsələ burasındadır ki, Səlvər Hacıyev 10 il əvvəl aldığı televizoru “Bank Standart”da kreditləşdirib. Borcunu tam ödəyib qutardığını desə də, necə olubsa 1 manat borcu qalıb. 10 il ərzində isə bu borcun üzərinə faizlər gələrək 154 manata çatıb. İndi kredit götürmək istədiyi bankdan ona deyiblər ki, gedib borcunu ödəməsəniz heç bir bankdan yeni kredit götürə bilməzsəniz. Bu dəfə isə başqa problem ortaya çıxıb. Çünki borclu olduğu “Bank Standart” artıq fəaliyyət göstərmir.
Hüquqşünas Asif Abdullayev isə deyir ki, vətəndaşın başına gələnlər gülməlidir, amma buna səbəb elə bankların özləridir. 10 il sonra borcludan ödəniş tələb etmək qanunvericilikdə nəzərdə tutulmayıb.
Məhkəməyə müraciət edərsə Səlvər Hacıyevin xeyrinə qərar çıxarılacaq. Amma o da 10 il əvvəl bankın bütün ödənişlərini etdiyinə dair möhürlü sənədi alsaydı bu gün belə problemlə üzləşməzdi.
Hansı din xadimlərinin dövlət qulluğunda çalışmasına məhdudiyyət qoyulur? – DEPUTAT
Polad Həşimovun anasının son durumu AÇIQLANDI
Bakıda sürücülərin cərimələnməsinə səbəb olan yol xətlənməsi dəyişdirildi - VİDEO
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?












