Bir tona yaxın heroin yandırıldı - FOTO

Bakıda külli miqdarda narkotik maddə məhv edilib.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından Avtosfer.az-a verilən məlumata görə, qurumun daimi fəaliyyət göstərən İşçi Qrupunun təşkilatçılığı ilə məhkəmələrin qərarları ilə müsadirə olunmuş 1 ton 737 kiloqram müxtəlif narkotik vasitə, psixotrop maddə və onların prekursorları cari ilin mayın 19-20-də Binəqədi rayonundakı Bünyad Sərdarov adına maşınqayırma zavodunun ərazisində məhv edilib.
Narkotiklərin məhv olunması prosesində Müsadirə edilmiş narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını Məhvetmə Komissiyasına üzv olan Baş Prokurorluğun, Ali Məhkəmənin, Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Səhiyyə Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Dövlət Gömrük Komitəsinin, Dövlət Sərhəd Xidmətinin və Dövlət Komissiyasının İşçi Qrupunun nümayəndələri iştirak ediblər.
Ümumilikdə 591 məhkəmə hökmü ilə barəsində məhvetmə qərarı çıxarılan 1 ton 737kiloqramdan artıq müxtəlif növ narkotik vasitə və psixotrop maddə - 909 kq 985 qr heroin, 516 kq 281 qr marixuana, 240 kq 285 qr tiryək, 27 kq 473 qr həşiş, 1 kq 944 qr kokain, 40 kq 312 qr -18272 ədəd psixotrop maddə, o cümlədən 21190 ədəd çətənə bitkisi yandırılaraq məhv edilib.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












