Birinci Qarabağ döyüşlərində itkin düşən şəhid Cavid Ələkbərovla vida mərasimi keçirilir - VİDEO - YENİLƏNİB

Birinci Qarabağ döyüşlərində şəhid olmuş Cavid Fazil oğlu Ələkbərov Sumqayıt şəhər Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Avtosfer.az xəbər verir ki, Azərbaycan Dövlət Himni səsləndirilib və yaylım atəşi açılıb.
Dəfndə şəhidin ailə üzvləri ilə yanaşı, Qubadlı Rayon İcra Hakimiyyətinin, Müdafiə Nazirliyin nümayəndələri iştirak ediblər.
***
12:07
Bu gün Birinci Qarabağ döyüşlərində şəhid olmuş, 30 il sonra kimliyi müəyyənləşdirilmiş Cavid Fazil oğlu Ələkbərovun nəşi ailəsinə təhvil verilib.
Avtosfer.az xəbər verir ki, hərbçinin qardaşı Aqil Ələkbərov qardaşının nəşini Səhiyyə Nazirliyinin Patoloji Anatomiya Birliyindən təhvil alıb.
Şəhidlə vida mərasimi Sumqayıt şəhər Şəhidlər xiyabanında keçirilir. Cavid Fazil oğlu Ələkbərov Sumqayıt şəhər Şəhidlər xiyabanında torpağa tapşırılacaq.
Qeyd edək ki, şəhid Cavid Fazil oğlu Ələkbərov 1975-ci il aprelin 25-də Qubadlı rayonunun Novlu kəndində anadan olub. 1993-cü ildə Milli Ordu sıralarında həqiqi hərbi xidmətə çağırılıb. Şəhid Cavid Ələkbərov Kəlbəcərdə, Murovdağ və ətraf yüksəkliklər uğrunda gedən şiddətli döyüşlərdə iştirak edib. Məlumatlara görə, şəhidimizin son döyüşü 1994-cü il fevralın 16-da Murovdağ yüksəkliyi istiqamətində olub.
(oxu.az)
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO















