Birinci Qarabağ müharibəsinin şəhidi Elşən Xasiyev dəfn edildi - FOTO - VİDEO

Birinci Qarabağ müharibəsində itkin düşən və 32 il sonra nəşinin qalıqları Gəncədə Şəhidlər xiyabanında tapılan Elşən Xasiyev dəfn olunub.
Avtosfer.az xəbər verir ki, şəhidin nəşinin qalıqları Sabunçu rayonun Bakıxanov qəsəbəsində yerləşən Şəhidlər xiyabanında torpağa tapşırılıb.
12:30
Birinci Qarabağ müharibəsində itkin düşmüş hərbçi Xasiyev Elşən Nəzərəli oğlunun nəşi bu gün ailəsinə təhvil verilib.
Avtosfer.az xəbər verir ki, şəhidin nəşi mərhumun ailə üzvlərinin Bakı şəhərinin Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində yerləşən evinə gətirilib.
Vida mərasimdə mərhumun ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şəhidimizin qızı Xəyalə Xasiyeva Oxu.Az-a açıqlamasında bildirib ki, atası Gəncədə Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn olunmuşdu və 32 ildən sonra onun nəşinin qalıqları ailəsinə təhvil verilib.
Şəhidin nəşinin qalıqları vida mərasimi başa çatdıqdan sonra paytaxtın Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşən Şəhidlər xiyabanında dəfn olunacaq.
(oxu.az)
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident















