"Biz harada yerləşmişik oranı Azərbaycan ərazisi sayırıq və düz də edirik" - Dövlət başçısı

Biz heç kimin sərhədini pozmamışıq. 1920-ci ilin xəritələri, Çar Rusiyasının xəritələri var. Gəlsinlər, görsünlər sərhəd haradan keçir. Biz harada yerləşmişik oranı Azərbaycan ərazisi sayırıq və düz də edirik.
Bu barədə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Cəbrayılda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib.
Dövlət başçısı deyib: “İndi Ermənistan rəhbərliyi açıq-aydın ən yüksək səviyyədə bəyan edir ki, Azərbaycan haqlı olaraq Gorus-Qafan yolunun müəyyən hissəsində yerləşib. Çünki sovet dövründəki xəritələr bunu göstərir. Biz öz ərazimizdəyik. İndi Ermənistan bunu deyir. Başqası deyir ki, biz kiminsə sərhədini pozmuşuq, bu gülməlidir. Ona görə regionda yeni dövr başlayır. Biz hesab edirik ki, bu dövrü müsbət istiqamətə yönləndirmək lazımdır”.
Prezident vurğulayıb ki, Azərbaycan tərəfində siyasi iradə var. Ermənistan tərəfində də bu iradə olarsa, iki ölkə özləri heç bir vasitəçisiz bu məsələləri həll edə bilər, bölgədə uzunmüddətli sülh ola bilər.///report
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?
Bu yolda təmir başlayır - Sürücülərin nəzərinə!
40 yaşlı sevgilisi tərəfindən öldürülən 24 yaşlı Fatimənin FOTOSU
Qeyri-neft sektorunun hansı sahələrinə yatırım edilməlidir? - İQTİSADÇI
Bakı limanında daşınan yük miqdarı çoxalması yollarda sıxlığa təsir edə bilər? - EKSPERT












