Biznes sahiblərinə ŞAD XƏBƏR: 10 illik güzəştlər tətbiq olunur

İşğaldan azad edilmiş ərazilər xüsusi iqtisadi zona kimi müəyyənləşdirilib və burada fəaliyyət göstərən sahibkarlara bir sıra vergi və gömrük güzəştləri tətbiq olunur.
Avtosfer.az xəbər verir ki, həmin ərazilərdə həyata keçirilən iqtisadi fəaliyyətlər müəyyən edilmiş qaydalar çərçivəsində 10 il müddətinə bir sıra vergi və rüsumlardan azad edilir.
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında sənaye parklarının yaradılması da sahibkarlar üçün yeni imkanlar formalaşdırıb. Ağdam Sənaye Parkında artıq 30-dan çox rezident fəaliyyət göstərir. Onlardan 9-dan çoxu istehsala başlayıb. Müəssisələrin fəaliyyəti həm daxili tələbatın ödənilməsinə, həm də ixraca yönəlib. Burada işğaldan azad edilmiş ərazilərin bərpasında istifadə olunan məhsulların istehsalına da xüsusi diqqət yetirilir.
Bölgədə kənd təsərrüfatı və emal sənayesinin inkişafı üçün də geniş imkanların olduğu bildirilir. Xüsusilə Ağdam və Füzulidə münbit torpaqlar, əlverişli coğrafi mövqe və iqlim şəraiti kənd təsərrüfatı sahəsində sahibkarlıq üçün əlverişli zəmin yaradır.
Qeyd olunur ki, Qarabağ və Şərqi Zəngəzurda dövlət təşviq mexanizmlərindən yararlanmaq istəyən şirkət və sahibkarlarla iş davam etdirilir. Bu prosesdə mikro, kiçik və orta sahibkarlığın inkişafına da xüsusi önəm verilir. (baku.ws)
Azərbaycanın ən böyük suvarma kanalında işlər nə yerdədir? - FOTO
Vasif Talıbovun qardaşının əmlakına görə məhkəmə çəkişməsi
İdman zalında ölən şəxslərin yarılmasına, araşdırmasına onların qohumları imkan vermir – ADİL QEYBULLA
Taksi sürücüləri üçün vacib xəbər - TARİX AÇIQLANDI
Xalq artisti vəfat etdi - FOTO
Sabunçuda küçə bərbad vəziyyətdədir: Avtobuslar çətinliklə hərəkət edir - VİDEO
Sabirabadda “Təmiz hava aylığı” ilə bağlı profilaktik tədbir keçirildi
Bu yollar sabahdan bağlı olacaq - Sürücülərin nəzərinə!
Ramiz Mehdiyevin "Sədərək" Ticarət Mərkəzində obyektləri olub?
Ankarada keçiriləcək Zirvə toplantısı Türkiyə-Azərbaycan münasibətlərinə təsir edə biləcək? - POLİTOLOQ
Ramiz Mehdiyevə HÖKM OXUNDU












