"BMW”yə "Jiquli" mühərriki qoyub satdılar - Alıcı 3 gün sonra bildi - VİDEO

"BMW” markalı avtomobili vətəndaşa "'Jiquli”nin mühərriki ilə satıblar. Hadisə Cəlilabad rayonunun Göytəpə qəsəsində baş verib. Qəsəbə sakini Vüsal Rufullayevin bir müddət əvvəl həmyerlisindən aldığı avtomobil ona problemlər yaradıb. Maşını aldığı Elvin adlı şəxs sənədləşməni üç gündən sonra edəcəyinə dair söz versə də, bir müddət keçdikdən sonra sənədləşmə işlərini aparmaqdan imtina edib. Məlum olub ki, maşının üzərinə quraşdırılmış mühərrik qanunsuzdur. Sonradan o da məlum olub ki, "BMW”nin sürət qutusu, eləcə də digər detalları "Jiquli” markalı avtomobilin ehtiyyat hissələri ilə əvəz olunub.
Vüsal Rufullayev məsələ ilə bağlı Göytəpə polis bölməsinə müraciət edib.
Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev bildirib ki, əgər avtomobilin mühərrikinin qanunsuz olaraq dəyişdirilməsi aşkar edilsə, cərimə meydançasına aparılacaq. Əgər yeni sahibinin maşınla bağlı sərəncam vermək hüququ varsa polis idarəsinə müraciət etsin. Beləliklə, əvəz edilmiş mühərrikin texniki göstəriciləri yoxlanıldıqdan sonra maşının idarə edilməsinə icazə verilə bilər. Əks halda, bu mümkün deyil. Vətəndaş aldadıldığını iddia edirsə, mülki qaydada məhkəməyə müraciət etməlidir.
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ












