BNA "Avropa Mobillik Həftəsi"nin Azərbaycan üzrə koordinatoru seçilib - FOTO

Bakı Şəhər İcra Hakimiyyətinin başçısının tabeliyində Bakı Nəqliyyat Agentliyi (BNA) "Avropa Mobillik Həftəsi"nin Azərbaycan üzrə koordinatoru seçilib. Avtosfer.az bu barədə Agentliyə istinadən xəbər verir. Məlumata görə, Avropa Komissiyasının "Avropa Mobillik Həftəsi" kampaniyası katibliyinin qərarı ilə BNA Cənubi Qafqaz regionunda milli koordinatorluq statusunu əldə edən ilk qurumdur.
"Avropa Mobillik Həftəsi" Avropa Komissiyasının "Dayanıqlı Şəhər Mobilliyi" ilə bağlı aparıcı maarifləndirmə kampaniyasıdır. Kampaniya vasitəsilə aktiv mobillik, ictimai nəqliyyat və digər ekoloji təmiz nəqliyyat vasitələrindən istifadə təşviq olunur. 2021-ci ildə 53 ölkədən 3 184 şəhər bu kampaniyada iştirak edib.
Agentlik 2021-ci il 16-22 sentyabr tarixlərində mobillik imkanlarının genişləndirilməsinin təşviqi məqsədilə Avropa İttifaqının 20 ildir ki, keçirdiyi “Avropa Mobillik Həftəsi”nə qoşularaq ilk dəfə Bakını bu kampaniyada təmsil edib. “Həyat dolu küçələr” devizi altında keçirilmiş həftə çərçivəsində sürət həddinin yaşayış məntəqələri və tədris müəssisələri ətrafında 30 km/saata endirilməsi, piyadalar üçün əlçatan və təhlükəsiz mühitin yaradılması istiqamətində infrastruktur, geniş maarifləndirmə işləri həyata keçirilib, beynəlxalq və yerli təşkilatların iştirakı ilə konfrans və veloyürüş təşkil edilib. Bu tədbirlər yerli və beynəlxalq qurumların, eləcə də, ictimaiyyətin böyük marağına səbəb olub.
Ötən ildən "Avropa Mobillik Həftəsi"nin katibliyi ilə aparılan danışıqlar müsbət nəticələnib. Həyata keçirilən işlərin arealına və effektivliyinə görə BNA "Avropa Mobillik Həftəsi"nin Azərbaycan üzrə koordinatoru seçilib. BNA-nın koordinatorluğu ölkə üzrə digər maraqlı şəhərlərin də Agentliyin tövsiyəsi əsasında bu kampaniyada iştirakını təmin edəcək. Bu il sentyabrın 16-22-də sayca 21-ci "Avropa Mobillik Həftəsi" təşkil olunacaq. Kampaniya çərçivəsində Agentlik Bakıda geniş miqyaslı tədbirlərin keçirilməsini planlaşdırır.
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ












