BNA : Bakıda 29 marşrut avtobusu gecikmə ilə hərəkət edir

Bu gün axşam pik saatlarında paytaxtın bir sıra küçə və prospektlərində müşahidə olunan nəqliyyat sıxlıqları ilə əlaqədar bir sıra müntəzəm marşrut xətləri üzrə avtobuslararası intervallarda ləngimələr var.
Bu barədə Avtosfer.az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.
Bildirilib ki, vahid Dispetçer Xidmətinin məlumatına əsasən, 27 müntəzəm marşrut xətti üzrə 29 avtobusun hərəkət intervalından gecikmələr yaranıb.
1. Heydər Əliyev prospekti şəhər istiqamətində 1, 2, 38 və M8 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslar 13-16 dəqiqə gecikmə ilə hərəkət edir.
2. Mikayıl Useyinov küçəsi Azneft dairəsi istiqamətində 5, 6, 53, 88, 125, 127 və 205 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobuslararası intervallarda 10-15 dəqiqə gecikmə müşahidə olunur.
3. Qara-Qarayev prospekti Xalqlar dostluğu metrostansiyasından Neftçilər metrostansiyasına qədər müşahidə edilən nəqliyyat sıxlığı səbəbindən 64, 15, 7A, 44, 60, 22, 11, 49, 40, 51, 81, 30 və 62 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 12-16 dəqiqə ləngimə var.
4. Tbilisi prospekti – 20 Yanvar dairəsi və şəhər istiqamətində 2, 13, 65 və 79 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallar 12-22 dəqiqəyə yaxın gecikir.
MİDA-nın adından dələduzluq edən tanınmış həkim imiş
Toy menyuları bahalaşıb: Qiymətlər 400 manata çatır
Sürücülərin NƏZƏRİNƏ: Bakıda yol bağlanacaq
Ağdama köç şəhərdə nəqliyyat sistemini necə formalaşdıracaq? - EKSPERT
İlham Əliyev Fərman İMZALADI
Bakının bu küçələri BAĞLI OLACAQ
Bakıda 46 küçədə təmir işləri yekunlaşıb, 32 km uzunluğunda YOL YENİLƏNİB
Azərbaycanda uşaqpulu bərpa edilir?
Kəmaləddin Heydərovun oğullarından Hollivud layihəsinə sərmayə - Kassada uğursuz oldu
Tulin Ələkbərova və tələbəsi azadlığa buraxıldılar
Sudan xüsusi məqsədlərlə istifadəyə görə ödənişlər bu gündən qüvvəyə minir - RƏSMİ










