BNA-dan sonra yeni agentlik yarandı - AYNA nəyə xidmət edəcək?

Prezident İlham Əliyev ötən gün “Avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərman imzalayıb. Fərmana əsasən, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) publik hüquqi şəxs yaradılıb.
Yeni agentliyin yaradılması hansı zərurətdən doğub, eləcə də Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) və Bakı Nəqliyyat Agentliyinin (BNA) səlahiyyətləri arasında fərq nədən ibarətdir? Bununla bağlı nəqliyyat eksperti Elməddin Muradlı Ednews.net-ə açıqlama verib.
Ekspert bildirib ki, Bakı Nəqliyyat Agentliyi Bakı şəhərində nəqliyyatın hərəkəti ilə bağlı işlər görür: "BNA taksi fəaliyyəti, avtobuslar, ictimai nəqliyyatı tənzimləyir, hərəkətin təşkili ilə bağlı məsələlərə cavabdehdir. Yeni yaradılan AYNA isə respublikanın Bakı, Sumqayıt, Gəncə şəhəri də daxil olmaqla bütün digər ərazilərinə cavabdehdir. Əvvəl Gəncə, Sumqayıt nəqliyyat xidməti ayrı-ayrı icra hakimiyyətinin balansında fəaliyyət göstərirdi. Sonradan onların yarıtmaz fəaliyyəti üzə çıxdı. Və beləliklə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin balansında yeni Agentlik yarandı. Gəncə və Sumqayıt şəhərləri də həmin Agentliyə tabe edildi. Beləliklə, vahid idarəetmə sistemi yaradıldı. Yəni elə bir qeyri-adi yenilik yoxdur".
E. Muradlının sözlərinə görə, sadəcə olaraq, yeni yaradılan Agentlik Bakı şəhəri istisna olmaqla digər bölgələrə yükdaşımalara, sərnişin daşımalara, avtovağzalların idarə edilməsinə və digər məsələlərə nəzarət edəcək: "Eyni zamanda, Bakı şəhərində isə yalnız yükdaşımalara icazə verə bilər. Digər məsələlər BNA-nın səlahiyyətində qalır".
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?
Bu yolda təmir başlayır - Sürücülərin nəzərinə!
40 yaşlı sevgilisi tərəfindən öldürülən 24 yaşlı Fatimənin FOTOSU
Qeyri-neft sektorunun hansı sahələrinə yatırım edilməlidir? - İQTİSADÇI
Bakı limanında daşınan yük miqdarı çoxalması yollarda sıxlığa təsir edə bilər? - EKSPERT












