BNMİ növbəti əməliyyatları zamanı 22 kiloqram narkotik dövriyyədən çıxardı - FOTO

Baş Narkotiklərlə Mübarizə İdarəsinin növbəti əməliyyatları zamanı 22 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb.
Avtosfer.az xəbər verir ki, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının paytaxt ərazisində keçirdikləri növbəti tədbirlər nəticəsində narkotiklərin satışı və qanunsuz dövriyyəsini təşkil edən dəstə üzvləri - əvvəllər məhkum olunmuşlar Sənan Cəfərov, İlkin Əhmədov və Səfiyar Allahyarov saxlanılıblar. Onların üzərindən, ev və avtomobillərindən 22 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana və 297 ədəd metadon həbi aşkarlanıb.
Hər üç şəxs ifadələrində maddi qazanc əldə etmək məqsədi ilə narkotiklərin satışını həyata keçirdiklərini bildiriblər.
Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
S.Cəfərov, İ.Əhmədov və S.Allahyarovun daxil olduqları narkoşəbəkənin digər üzvlərinin də müəyyən edilərək saxlanılması istiqamətində tədbirlər davam etdirilir.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












