“Boeing” üçün hissələr istehsal edən iki şirkətdə araşdırmalar aparılıb

İtaliyada ABŞ-ın “Boeing” şirkətinin “B787 Dreamliner” təyyarələri üçün avadanlıq və hissələr istehsal edən iki şirkətdə araşdırmalar aparılıb.
Avtosfer.az “Azərtac”a istinadən xəbər verir ki, prokurorluq Brindisi şəhərində fəaliyyət göstərən iki şirkətin “Boeing 787 Dreamliner” təyyarələri üçün tədarük etdikləri avadanlıqlar və hissələrin tələb olunan standartlara uyğun gəlmədiyinə görə istintaq başladıb. Bildirilib ki, sözügedən komponentlər uçuş təhlükəsizliyinə təsir edəcək əhəmiyyətli dərəcədə aşağı statik və stress-müqavimət xüsusiyyətlərinə malik hissələrdir.
İstintaq çərçivəsində hər iki şirkətdə araşdırmalar aparılıb, 7 nəfər dindirilib. Prokurorluğun göstərişi ilə 6 minədək təyyarə komponenti və hissəsi ekspertiza üçün müsadirə edilib.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












