“Boeing”in çətin günləri

“Boeing” şirkəti ilə bağlı gərginlik səngimir. Artıq şirkətin zavodlarında tətil ikinci aya qədəm qoyub. Son nəticədə sifarişlərin icrası ləngiyir, korporasiyanın maliyyə böhranı daha da dərinləşir. Şirkət 3-cü rüb üçün maliyyə hesabatını oktyabrın 23-də təqdim edəcək. Lakin bəzi rəqəmlər indidən məlumdur.
Avtosfer.az xəbər verir ki, “Boeing” şirkəti özünün real vəziyyəti ilə bağlı növbəti məlumat yayıb. Şirkət dünya üzrə əməkdaşlarının 10%-ni, başqa sözlə, 17 min nəfəri ixtisar edəcəyini bir daha təsdiqləyib. Məqsəd maliyyə çətinliklərini dəf etməkdir.
Təbii ki, məhdudiyyətlər bununla bitmir. Qənaət çərçivəsində yeni modellərin layihələndirilməsi dayandırılıb. Geniş füzelyajlı 777X modelinin müştərilərə çatdırılması daha 1 il təxirə salınıb, 767 modelinin karqo versiyasınin istehsalı isə 2027-ci ildə dayandırılacaq.
Korporasiyanın Sietl şəhərində yerləşən zavodları tətilin əsas ocağıdır. Burada 737, 767 və 777 modelləri və müdafiə təyinatlı məhsullar istehsal edilir. Hazırda yalnız Karolina ştatındakı Drimlayner modelini istehsal edən zavodda fəaliyyət dayanmayıb. Səbəb həmin müəssisədə həmkarlar təşkilatının yoxluğudur. Şirkətin 2 ay əvəvl təyin edilmiş rəhbəri Kelli Ortberq vəziyyətin kifayət qədər ağır olduğunu etiraf edib. Yeni rəhbər işçilərə müraciətində bildirib ki, ixtisarlar həm idarə heyətində, həm də sıravi işçilər arasında aparılacaq.
Korporasiya 3-cü rübün maliyyə hesabatını oktyabrın 23-də təqdim edəcək. Lakin nəticələrin çox da ürəkaçan olmayacağı indidən məlumdur. İlkin məlumata görə, şirkətin rüblük dövriyyəsi 19,8 milyard dollar, zərəri 1,3 milyard dollar təşkil edib. Şirkət hər səhmdə təxminən 10 dollar itirib. Tətillər isə şirkətə ay ərzində 1 milyard dollar ziyan vurub. Bundan başqa, son 1 ildə baş verən nasazlıqlara görə, şirkətin təyyarələri ciddi nəzarət altındadır.
Vüqar
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












