Bölgələrdə şəhidlərimizin əziz xatirəsi anılıb - FOTO

27 sentyabr Anım günü ilə əlaqədar Şəki,Mingəçevir, Zaqatala,Balakən və Qəbələdə rayon rəsmiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhidlərin yaxınları və ictimaiyyət nümayəndələrinin iştirakı ilə torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəmanların xatirəsinə həsr olunan tədbirlər keçirilib.
Avtosfer.az xəbər verir ki, əvvəlcə Şəhidlər xiyabanı və xatirə kompleksləri ziyarət olunub, Vətənimizin bütövlüyü uğrunda canlarını qurban verən mərd mübarizlərin əziz xatirələri dərin ehtiramla yad edilib, ruhlarına dualar oxunub.
Həmçinin, Anım günü ilə əlaqədar ağacəkmə kampaniyası keçirilib. Aksiyada Daxili Qoşunların hərbi qulluqçuları və polis əməkdaşları da fəal iştirak edib. Yeni əkilən tinglər suvarılıb, küləkdən qorunması və normal böyümələri üçün qoruyucu dirəklər basdırılıb.
Saat 12:00-da isə nəqliyyat vasitələrinin avtomobil yollarında hərəkəti dayandırılıb və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?
Bu yolda təmir başlayır - Sürücülərin nəzərinə!






























