Borca görə ölkədən çıxışa qadağa qoyula bilərmi?

"Vətəndaşın lombarda beş min manat məbləğində borcu var, amma ödəmir. Belə olan halda ölkədən çıxışına qadağa qoydurmaq olarmı? Ümumiyyətlə, borc məbləği ölkədən çıxışa qadağa qoyulmasında hər hansı rol oynayırmı?"
Avtosfer.az xəbər verir ki, bununla bağlı redaksiyamıza vətəndaş sorğusu daxil olub.
Hüquqşünas Əkrəm Həsənov açıqamasında bildirib ki, ölkədən çıxışa yalnız məhkəmə qərarı ilə qadağa qoyula bilər.
"Borcun məbləğinin nə qədər olmasının heç bir fərqi yoxdur. Əgər o borc üzrsüz səbəbdən ödənmirsə, yəni icra olunmursa, bu halda icra məmuru məhkəməyə təqdimatla müraciət edə, məhkəmə də borclu şəxsin ölkədən çıxışına qadağa qoya bilər.
Üzrsüz səbəb də odur ki, adamın imkanı var, amma borcu vermir. Bu da yenə sübut olunmalıdır ki, niyə vermir - maaşı, əmlakı yoxdur deyə vermir, tam verə bilmir, yaxud da sadəcə vermək istəmir. Bu, məhkəmə qaydasında sübut olunur", - deyə hüquqşünas bildirib.
(oxu.az)
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












