Böyük Britaniyada matəm elan olundu

Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabetin həyat yoldaşı, Edinburq hersoqu, şahzadə II Filippin bu gün 100 yaşında vəfat etməsilə bağlı ölkədə matəm elan edilib. Parlament üzvləri qara qalstuk və qara qol lentləri taxacaqlar.
Mərhumun dəfn edilməsi tarixi hələlik açıqlanmayıb.
Qeyd edək ki, şahzadə Filipp özünün dəfn mərasiminin planı üzərində uzun illər boyu çalışıb. İngiltərə krallıq qaydalarına görə çox ciddi əməl edilən kralın dəfn qaydalarından fərqli olaraq, şahzadələrin dəfni qaydaları nisbətən sərbəst olduğuna görə şahzadə Filipp də dövlət səviyyəsində mərasimdən imtina edərək sadə mərasim keçirilməsi qərarına gəlmişdi.
Belə ki, Vindzor qəsrindəki Müqəddəs Corc kilsəsində icra olunması nəzərdə tutulan cənazə ayininin sırf hərbi üslübda, yalnız qohumların və yaxın dostların iştirakı ilə keçiriləcəyi bildirilir.
Ölkədəki matəm 8 gün, ailənin matəmi 30 gün davam edəcək. Həmin müddət başa çatandan sonra kraliça II Elizabet öz səlahiyyətlərinin icrasına davam edəcək.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












