Böyük Britaniyada yanacaq böhranı dərinləşir

Böyük Britaniyada yanacaqdoldurma məntəqələrində yanacaq tədarükü ilə bağlı vəziyyət pisləşməyə doğru gedir.
Bunu Britaniya Yanacaq Satışı Assosiasiyasının sədri Brayan Medderson "BBC" telekanalına müsahibəsində deyib.
O bildirib ki, paytaxt Londonda, ölkənin cənub-şərqində yanacaq çatışmazlığı ilə bağlı böhran dərinləşir.
Qeyd olunub ki, bazar ertəsindən başlayaraq Böyük Britaniyada yanacaqdoldurma məntəqələrinə yancağın çatdırılması prosesinə hərbçilər cəlb olunacaq.
Assosiasiyanın hesabatına əsasən, ölkə ərazisindəki yanacaqdoldurma məntəqələrinin 26 faizində yanacaq tamamilə olmayıb, 27 faizində isə yalnız bir növ yanacaq mövcud olub.
Böyük Britaniyada yanacaq böhranı sentyabrın 23-də BP şirkətinin ölkədə onlarla yanacaqdoldurma məntəqəsini bağlamasından sonra başlayıb. Şirkət məntəqələri bağlamaq qərarını yük maşını sürücülərinin çatışmazlığı ilə izah edib.///trend
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı












