Böyük Dəbilqə: Yeddi idmançımız mübarizəyə başlayır

Azərbaycan 7 cüdoçusu bu gün Gürcüstanın paytaxtı Tbilisidə start götürəcək Böyük Dəbilqədə mübarizəyə başlayır.
"Report"un məlumatına görə, 60 kq çəki dərəcəsində çıxış edən Oruc Vəlizadə Oleq Veredıba (Ukrayna) ilə, eyni çəkidəki Kəramət Hüseynov Rodriqo Lopeslə (Portuqaliya) üz-üzə gələcək.
66 kq-dakı Yaşar Nəcəfov Orlando Polankonun (Kuba) müqavimətini qırmağa çalışacaq.
Qadınların yarışında isə 4 cüdoçu qüvvəsini sınayacaq. 48 kq-da Aişə Qurbanlı və Leyla Əliyeva tatamiyə çıxacaq. Onlar müvafiq olaraq Marusa Stanqar (Sloveniya) və Gülkader Şentürk (Türkiyə) ilə görüşəcək.
52 kq çəki dərəcəsində Gültac Məmmədəliyeva Anjelika Delqadonun (ABŞ), Şəfəq Məmmədova isə Yasmin Cavadyanın (Böyük Britaniya) müqavimətini qırmağa çalışacaq.
Cüdoçuların hamısı mübarizəyə 1/16 finaldan qoşulacaq.
Qeyd edək ki, Böyük Dəbilqəyə martın 27-də yekun vurulacaq. Azərbaycan turnirdə 11 idmançı ilə təmsil olunur.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












