“Boztəpə” suvarma kanalı yenidən qurulur - FOTO

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin 2022-ci ildə bərpasına başladığı Boztəpə kanalının yenidən qurulmasının I mərhələsi başa çatıb.
Bu barədə Avtosfer.az-a Agentlikdən bildirilib.
Kanalın su buraxma qabiliyyəti 8,6 kub m/san, uzunluğu isə 42,4 kilometrdir. Suvarma kanalı üzərində sudüşürən, suburaxan, supaylayıcı, borulu keçid və səviyyəqaldıran olmaqla ümumilikdə 186 hidrotexniki qurğu var.
Mənbəyini Araz çayından götürən suvarma kanalının yenidən qurulması İmişli rayonunda 8884 hektar və Beyləqan rayonunda 891 hektar olmaqla, ümumilikdə 9775 hektar torpaq sahəsinin suvarma suyu ilə təminatını yaxşılaşdırıb.
Hazırda 42,4 kilometr uzunluğu olan Boztəpə kanalında tikinti işləri başa çatıb, SCADA sistemlərinin inteqrasiyası üçün isə işlər davam edir.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident















