BTQ üzrə müqavilələr imzalandı - FOTO

Yanvarın 29-da Tbilisidə “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) və “Marabda-Kartsaxi Dəmir Yolu” MMC-nin törəmə şirkətlərinin birgə müəssisəsi olan “BTKI Railways” MMC ilə “Gürcüstan Dəmir Yolları” SC arasında Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolu xətti üzrə birgə müəssisənin tam fəaliyyətə başlamasının təmin edilməsi məqsədilə müvafiq müqavilələr imzalanıb.
Avtosfer.az xəbər verir ki, müqavilələrdən biri Marabda–Axalkalaki dəmir yolu infrastrukturundan istifadəni, digəri isə Axalkalaki stansiyasında terminal xidmətlərinin göstərilməsini nəzərdə tutur.
İmzalanma mərasimində bildirilib ki, yeni razılaşmalar Orta Dəhlizin mühüm seqmenti olan BTQ üzrə əməliyyatların daha səmərəli təşkilinə və yükdaşıma həcmlərinin artırılmasına imkan verəcək.
Qeyd edək ki, ADY BTQ xəttinin Gürcüstandan keçən və mürəkkəb coğrafi relyefə malik 184 kilometrlik hissəsində təmir-bərpa və modernləşdirmə işlərini uğurla yekunlaşdırıb, nəticədə xəttin illik yükötürmə qabiliyyəti 1 milyon tondan 5 milyon tona çatdırılıb. Bu dəmir yolu xəttinin modernləşdirilməsinin əsas məqsədi Orta Dəhlizin rəqabət qabiliyyətini artırmaq və BTQ-ni dəhlizin əsas yükdaşıma arteriyalarından birinə çevirməkdir.
“BTKI Railways” MMC 2024-cü il avqustun 13-də yaradılıb. Birgə müəssisənin fəaliyyəti BTQ üzrə əməliyyatların səmərəli idarə olunması və yeni yüklərin cəlbi, regionda strateji nəqliyyat əlaqələrinin gücləndirilməsi və Orta Dəhlizin potensialının artırılması kimi istiqamətləri əhatə edir.
Bakı–Quba yolunda beton baryerlərin yeri qanunsuz dəyişdirilib - VİDEO
Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir
Taksi xidmətində gündəmdə olan sualları “Bolt”un rəhbəri cavabladı - VİDEO
Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb?
Bakıda üç metro stansiyası ətrafında yeni yol tikilir
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Bakı-Xaçmaz yolunda ölüm təhlükəsi: Beton sədd qəza riski yaradır - VİDEO
Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq
Aeroporta gedən sürücülərin diqqətinə: Sürət həddi dəyişdirildi - VİDEO
Dövlət əleyhinə çağırışlar edən 7 nəfər beynəlxalq axtarışa verildi














