Bu avtobus xəttləri ləğv olunacaq - VİDEO

Bakıda marşrut avtobuslarının istiqamətlərində edilən dəyişikliklər həmin ərazidə yaşayan sakinlərin narazılığına səbəb olur. Narazılığa səəbəb isə Nəsimi rayonu 4- cü mikrorayon 20 yanvar küçəsindən 57 və 16 saylı avtobusların artıq həmin ərazidən keçməməsidir. Sakinlər bildirir ki marşrut xəttlərində edilən dəyişikliklər səbəbindən əvvəlkindən qat-qat artıq xərc çıxır.
Məsələyə münasibət bildirən ekspert Azər Allahverənovun fikrincə şəhərin elə yerləri var ki insanlar əvvəllər də marşrut qıtlığından əziyyət çəkirdi. Marşrut istifadəyə verilən zaman həmin ərazidə yaşayan əhalinin sıxlığı mütləq nəzərə alınmalıdır. Bunun üçün sıx olan yerlərə avtobuslar daha çox xəttə buraxılmalıdır.
Nəqliyyat Nazirliyinin rəsmisi Şəfa Mehmanqızı isə elə düşünür ki, ehtiyac olmayan bəzi marşrut xətləri ləğv olunur. Elə ərazilər də var ki, həqiqətən marşrut ayrılmasına ehtiyac var. Hələlik bu istiqamətdə işlər aparılır.
Nəqliyyat Nazirliyinin sözçüsü onu da qeyd etdi ki, yaxın müddət arzində 13 marşrut xətti istifadəyə veriləcək. Bu isə həmin çatışmazlıqların xeyli hissəsini aradan qaldıracaq.
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək












